XƏRİTƏ ÜZƏRİNDƏ ÇEVİK HƏLLƏR

2013-cü il. Xəritə xidmətləri sahəsində 10 illik təcrübə toplayan bir neçə peşəkar qarşılarına daha mürəkkəb və ambisioz məqsədlər qoymaq üçün yeni şirkət yaratmaq qərarına gəlirlər. Şirkətin adı da müvaffiq seçilir - OCTOPUS. Ahtapot kimi onlar qarşıda duran hədəf nə qədər çətin olmasına baxmayaraq, hər zaman çıxış yolu tapırlar. 

Bu gün isə biz, topladığımız təcrübə əsasında, xəritə üzərində istənilən həllər vermək qabiliyyətindəyik.
image

XİDMƏTLƏRİMİZ

MOBİL XƏRİTƏLƏMƏ

360 dərəcə panorama çəkilişlər coğrafi koordinat sistemi ilə bağlanır və rəqəmsal xəritəyə inteqrasiya olur. Çöl işləri, mühəndis ölçü işləri, layihənin yoxlanıması, əvvəl sonra müqayisəsi, çöl elementlərinin pasportlaşdırılması kimi işlər ofis şəraitində həyata keçirilə bilir.

GEOANALİZ

Effektiv idarəetmə üçün məlumatların təhlil sistemi. Qərar qəbuluna dəstək sistemi. Coğrafi məlumat sistemlərinin avtomatlaşdırılmış təhlili ilə Big Data və alqoritmi Machine Learning & Deep Learning yanaşmasından istifadə olunur.

GEOMARKETİNQ

İstehsal, rəqiblər, dağıtım kanalları, dillerlər,  seqmentləşmə, bazarlama strategiyalarını xəritə üzərində canlı olaraq görmək istəyən və bunlarla əlaqəli təhlil aparmaq istəyən, haradayam, harada olmalıyam suallarına cavab axtaran bütün müəssisə, təşkilatlar və investorlar üçün faydalı bir alətdir.

OCTOPUS API

Xəritə xidmətləri toplusu imkan verirki xəritə məlumatları və texnalogiyasını öz layihələrinizdə istifadə edəsiniz. Ünvan-obyekt axtarışı, yol şəbəkəsinin təhlili və cografi koordinat sisteminə görə ünvanının təyin olunması xidmətlərimizə daxildir.

GPS TRACKING

100 və daha artıq nəqliyyat vasitəsi və ya texnikası olan müəssisə və təşkilatlarda maşın təqib sistemi xidmətinin yaradılması iqtisadi və təhlükəsizlik baxımından daha səmərəli hesab olunur. İzləmə serverinin qurulub sazlanması, təyinatı üzrə avadanlıqların seçilib alınması, quraşdırılması və təcrübənin öyrədilməsi, 10 ildən artıq bu sahədə təcrübəsi olan əməkdaşlarımız tərəfindən həyata keçirilir.

YERALTI XƏRİTƏLƏMƏ

Yeraltını qazıntısız olaraq radar dalğaları ilə xəritələməyə imkan verən bir geofizik üsuldur. Yeraltı kanalların geoloji quruluşu, seysmik rayonlaşma, yeraltı suyun səviyyəsini izləmək, yeraltı xətlərinin müəyyən edilməsi, körpu və tunellərin vəziyyətinin öyrənilməsi, yolun təmirdən əvvəl və təmirdən sonrakı vəziyyətinin müəyyənləşdirilməsi, kabel, boru və boşluq araşdırılmaları kimi işləri icra etmək mümkündür.

LAYİHƏLƏRİMİZ

Image

ADRA

Mobil xəritələmə texnologiyası əsasında açıq məkan reklamlarının idarə olunması sisteminin hazırlanması. Sistem vasitəsi ilə, açıq məkan reklamları təsbit olunur, ölçü işləri aparılır, növü, ərazisi, rüsumu və yayım haqqı müəyyənləşir.
Image

BAKU-2015

Kompleks xəritə xidmətlərinin görülməsi. Açılış və bağlanış mərasimi, məşəlin hərəkəti, tamaşaçı avtobuslarının marşrutu, idman və ictimai obyektlər, logistik mərkəz və park zonaları, oyunların əsas və alternativ yolları üçün xəritələrin tərtib olunması.

Image

FORMULA-1

Yarışların keçiriləcəyi trekin xəritəsinin tərtib edilməsi.

Image

PPRD

Avropa Birliyinin layihəsi çərçivəsində beş növ rəqəmsal risk xəritələrin hazırlanması.

Image

TƏMİZ ŞƏHƏR

Tullantı meydançalarının rəqəmsal xəritəsinin hazırlanması.

Image

ATL

Nəqliyyat vasitələri üçün təqib sistemi təminatı və iş təcrübəsinin öyrədilməsi.

ƏLAQƏ

Zəhmət olmasa tələb olunan sahəni doldurun.
Zəhmət olmasa tələb olunan sahəni doldurun.
Zəhmət olmasa tələb olunan sahəni doldurun.
Zəhmət olmasa tələb olunan sahəni doldurun.
Zəhmət olmasa tələb olunan sahəni doldurun.

Search